ABŞ-da müsəlman qız hicablı olduğu üçün yarışa buraxılmadı

ABŞ-da müsəlman qız hicablı olduğu üçün yarışa buraxılmadı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ-ın Ohayo ştatında 17 yaşlı müsəlman qız hicablı olduğuna görə məktəbin keçirdiyi yarışdan kənarlaşdırılıb.

Nur Abukarum adlı müsəlman qız bundan sonra ədalətin bərpasına nail olmaq qərarına gəlib. O, müsəlmanlara qarşı bu diskriminasiyanın qarşısını almaq fikrindədir.

O, dini geyimli məktəbli idmançılara yarışda iştiraka icazə verməyən qaydanın ləğvi üçün işə başlayıb.

Xatırladaq ki, bu müsəlman xanım idmançılara qarşı ilk belə hal deyil. Məsələn, İndoneziyalı cüdoçu xanım Miftahul Cənnəh hicabını çıxarmaqdan imtina etdiyi üçün ona Paralimpiya oyunlarında iştirak etməyə icazə verilməmişdi.

İQNA.İR