ABŞ Ayda atom elektrostansiyasını istifadəyə verməyi planlaşdırır

ABŞ Ayda atom elektrostansiyasını istifadəyə verməyi planlaşdırır

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

NASA agentliyi ABŞ-ın Energetika Nazirliyinin Aydaho Milli Laboratoriyası ilə birlikdə Ayda atom elektrostansiyasının inşası üzrə ideyaların təklif proqramını elan edib. Atom elektrostansiyası öz növbəsində Ayda mövcud olacaq bazanın daimi enerji ilə təmin olunmasına şərait yaradacaq. Məlumatda qeyd edilib ki, Ayda insanların daimi mövcudluqları Mars kimi digər planetlərin mənimsənilməsində ciddi rol oynayacaq. Ay üçün nəzərdə tutulmuş atom elektrostansiyasının Yer kürəsində inşa edilməsi və daha sonra onu Aya çatdırılması planlaşdırılır. Atom elektrostansiyasının energetik sisteminə uran vasitəsilə çalışan reaktor nüvəsi, istiliyi enerjiyə çevirən sistem, reaktorun qızmasının qarşısını almaq üçün idarə olunan istilik rejimi sistemi və enerjinin paylanması sistemi daxil olacaq.

    Bununla belə atom elektrostansiyasının gücü 40 kilovatdan az, istifadə müddət isə 10 ildən aşağı olmamalıdır. Bundan əlavə olaraq gözləntilərə əsasən Ay üçün olacaq atom elektrostansiyası insanların iştirakları olmadan uzaqdan aktivləşdirilə/deaktivləşdirilə və Ay üçün nəzərdə tutulmuş eniş modulu platformasından ştat rejimində çalışa bilər. Reaktorun Yer kürəsindən Aya göndərilməsi üçün o, diametri 4 metr, uzunluğu isə 6 metr olan xüsusi silindrin daxilinə yerləşdirilməlidir. Reaktorun çəkisi isə 6 tondan çox olmamalıdır. Elan edilmiş bu proqram çərçivəsində ideyalar gələn ilin 19 fevral tarixinə kimi qbul ediləcək. Atom elektrostansiyasının özünün inşası isə 2030-cu ilə kimi yekunlaşdırılmalıdır./technote