88 dollara aldığı tablo on minlərlə dollarlıq əsər çıxdı

88 dollara aldığı tablo on minlərlə dollarlıq əsər çıxdı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Londonda bir sənət tarixçisi Kristofer Raytın 88 dollara  aldığı əsərin 17-ci əsrin orijinalı olduğu ortaya çıxıb.

Məlum olub ki, tablo məşhur Flamand rəssamı Entoni van Deykin şah əsəridir və azı 54 min dollar (91 800 manat) dəyərindədir.

Rayt kətanın Van Deykin rəsminin surəti olduğunu düşünübmüş. O, rəsmi ikinci rəy üçün Oksforddakı Aşmola Muzeyinin Avropa incəsənəti üzrə baş kuratoru Kolin Harrisona aparıb.  O da bunun Van Deykin əsəri olduğunu irəli sürüb.

Londondakı Kurto İncəsənət İnstitutu Harristonun sözlərini təsdiqləyib./oxu