400 il əvvəl yaşanan 'Günəş Fırtınası' fəlakəti təkrarlana bilər

400 il əvvəl yaşanan ‘Günəş Fırtınası’ fəlakəti təkrarlana bilər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Alimlər, 1582-ci ildə baş verən nəhəng Günəş Fırtınasının yenidən baş verə biləcəyini açıqladı. Göydə yaratdığı görüntü səbəbi ilə ‘Böyük Alov’ olaraq bilinən fırtınanın qlobal elektrik kəsilmələrinə və milyardlarla dollar ziyana səbəb ola biləcəyi ifadə edildi.         1582-ci ildə, göydəki ‘böyük alova’ bənzəyən və ‘Böyük Alov’ olaraq bilinən Günəş Fırtınası Dünyanı vurmuşdu

Üç gün davam edən fırtına tarix kitablarında  belə təsvir edilmişdir;

“Bütün göy sanki odlu alov içərisində idi; elə bil göy yanırdı.”

oxuinfo.com ntv.com.tr portalına istinadla xəbər verir ki, Alimlər bu fəlakətdən  439 il sonra bənzər bir hadisənin yenidən baş verə biləcəyini söyləyirlər. 1582-ci ildəki fırtına  əvvəlcə Avropanı, daha sonra Asiyanı təsiri altına aldı.  O dövrdə fırtına, texnoloji cihazların olmaması səbəbindən ciddi ziyan vurmadı. Ancaq bu gün vəziyyət tamamilə fərqlidir. Alimlər, sözügedən fırtınanın qlobal elektrik kəsilmələrinə və milyardlarla dollar ziyana səbəb ola biləcəyini bildirirlər. Qeyd edək ki, bu haqqda məlumatı Kornell Universitetində çalışan elm adamları açıqlayıblar.

Türkcədən çevirən: Ramil Qəhrəmanov