Banqladeşdə əlli yeni məscid istifadəyə verilib

Banqladeşdə əlli yeni məscid istifadəyə verilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu günlər Banqladeş müsəlmanları üçün xüsusi günlərdir. Belə ki, ölkədə “nümunəvi məscidlər” proqramı çərçivəsində 50 yeni məscid təntənəli şəkildə müsəlmanların istifadəsinə verilib.

Ölkənin fərqli-fərqli nöqtələrində açılmış 50 yeni ibadətgah 560 “nümunəvi məscid” proqramı çərçivəsində inşa edilib. İnşa edilmiş 50 və inşa ediləcək daha 510 məscid bütün müasir tələblərə cavab verir.

Digər 510 ibadətgah isə 2023-cü ilin dekabrınadək təhvil veriləcək.

Bu layihə çərçivəsində tikiləcək 560 yeni məsciddə 494 min kişi və 31 400 qadın ibadət edə biləcək.

Ölkənin Baş naziri Şeyx Həsinə tərəfindən 2017-ci ildə başladılmış 1 milyard dollarlıq proqramı Banqladeş hökuməti maliyyələşdirir.

Baş mühəndis Müslihiddin Əhmədin sözlərinə görə, hər bir məscid kompleksinə kitabxana, tədris mərkəzi, araşdırma mərkəzi, “autizm guşəsi”, uşaqlar üçün mərkəz və zəvvarların qeydiyyat bürosu daxildir.

Məscidlər 3 kateqoriyaya bölünür. A kateqoriyasına aid olanlar 4 mərtəbəlidir və liftə sahibdir, hər mərtəbənin sahəsi 2360 kvadrat metrdir. Bu cür məscidlərdən cəmi 69 ədəd inşa edilməkdədir.

B kateqoriyasına daxil olan məscidlərin sahəsi bir qədər azdır – hər mərtəbəsi 1680 kvadrat metrdir və bu cür məscidlərdən 475 ədəd olacaq.

Daha 16 məscid isə C kateqriyasına daxildir və onların hər bir mərtəbəsinin sahəsi 2052 kvadrat metr olacaq.

Hər il məscidlərin nəzdindəki mərkəzlərdən 14 min Quran hafizi məzun olacaq.

iqna.ir