Hindistanda günlük yoluxmada növbəti rekord

Hindistanda günlük yoluxmada növbəti rekord

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ötən gün ərzində Hindistanda 412 min 262 nəfərin koronavirusa yoluxması ilə günlük yoluxma sayında dünya üzrə növbəti rekord göstərici qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Sutka ərzində xəstəlik səbəbindən 3 min 980 insan ölüb.

Qeyd edək ki, Hindistan koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında ikinci yerdə qərarlaşıb. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 21 milyon 491 min 598 koronavirusa yoluxma faktı qeydə alınıb.

17 milyon 612 min 351 insan xəstəlikdən sağalıb, 234 min 83 insan həyatını itirib.

QAFQAZİNFO.COM