10 yaşlı müsəlman oruc tutaraq aclar üçün pul toplayır

10 yaşlı müsəlman oruc tutaraq aclar üçün pul toplayır

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Londondan olan 10 yaşlı müsəlman məktəbli müqəddəs Ramazan ayında oruc tutur və xeyriyyə məqsədi ilə ianələr toplayır – o, bunun üçün yaşına xas olmayan yüksək aşpazlıq bacarıqlarından istifadə edir.

Gənc müsəlman Zavyer Xan bu il böyüklərlə birlikdə oruc tutur, üstəlik o, müxtəlif yeməklərin hazırlanması ilə bağlı videoçarxlar çəkir və hətta aşpazlıq verilişlərində də iştirak edir, bütün bunlar isə gözəl məqsədlər üçündür – aclıqdan əziyyət çəkən insanlara pul toplamaq üçün.

Bizim kimi imkanlara sahib olmayan çoxlu insanlar var. Onların pul və yeməkləri yoxdur, bəzilərinin evləri yoxdur, buna görə də mən özümün ilk orucumu daha çox möhtac olanlar üçün yardım etmək niyyəti ilə tuturam”, – deyə Zavyer bildirib.

O, yoxsul insanlara qida yardımı etmək üçün qarşısına 5000 min funt sterlinq yığmaq məqsədi qoyub. Zavyerin valideynləri övladlarının göstərdiyi cəhdlərlə iftixar edirlər.

Anası Təhrimin sözlərinə görə, o, siniflərində oruc tutan yeganə müsəlmandır, buna görə də Zavyer Ramazan ayında xüsusilə böyük səbir və dözüm göstərməlidir.

Pakistan əsilli uşaq öz videoçarxlarında yaradıcı üsullarla yeməklər hazırlayır.

az.shafaqna