250 qram çəki ilə doğulan körpə aylar sonra evə buraxıldı

250 qram çəki ilə doğulan körpə aylar sonra evə buraxıldı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

2020-ci il 24 iyunda rekord dərəcədə aşağı – 250 qram çəki ilə anadan olan qız uşağı Əbu Dabidəki xəstəxanadan evə buraxılıb.

Bildirilir ki, körpə hamiləliyin 24-cü həftəsində anadan olub. Doğum zamanı onun boyu isə 29 santimetr olub.

Qıza Lətifə adı verilib. O, körpələr üçün olan reanimasiya və intensiv terapiya şöbəsində 177 gün keçirib.

İndi isə Lətifənin çəkisi 3,8 kq təşkil edir.

Həkimlər onun sağalmasını möcüzə adlandırıblar. Qızın sağ qalması uğrunda həkimlərdən ibarət bütöv bir mütəxəssis komandası səy göstərib. Komandaya kardioloq, oftalmoloq, nevroloq, hematoloq, fizioterapevt və cərrahlar daxil olub.

Eyni zamanda bütün bu zaman ərzində körpənin valideynləri də xəstəxanada olublar. Onlar yalnız doğuşdan 2 aydan sonra öz övladlarını qucaqlarına ala biliblər.

shafaqna.com