Ramazanda Kanadanın Edmonton şəhərində açıq azan oxunacaq

Ramazanda Kanadanın Edmonton şəhərində açıq azan oxunacaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Kanadanın Alberta əyalətinin paytaxtı Edmontonda artıq hər Ramazan ayında məscidlərdə azan oxunacaq.

Oxuinfo.com trthaber.com-a istinadla xəbər verir ki, CTV News-da yer alan xəbərə görə, Edmonton Bələdiyyəsi, Kanada Müsəlmanları Dərnəyi İslam Məktəbi-nin Ramazanda azanı açıq şəkildə oxumaq istəmələrinə, keçən il icazə verildiyini bildirdi və səs-küylə bağlı ümumi bir şikayət olub olmadığını araşdırdı və müsəlmanların lehinə qərar qəbul etdi.

Önümüzdəki illərdə də oxunacaq

Şəhər sakinlərindən azanla bağlı hər hansı bir şikayət olmadığına görə, icazəni növbəti illərə də aid edən bələdiyyə, azanın bu il olduğu kimi gələn Ramazan aylarında da açıq şəkildə oxunmasına qərar verdi. Bələdiyyənin qərarı şəhərdəki müsəlmanlar tərəfindən məmnuniyyətlə qarşılandı.

Qərarın ardından Edmonton şəhərində, Alberta’nın Calgary şəhərindəki məscidlərdə Ramazan ayında açıq azan oxunmağa başladı.

Qərarı eşidən Ontario əyalətindəki Hamilton və Mississauga şəhərlərindəki müsəlman dərnəkləri bələdiyyələrinə müraciət etdilər və Ramazan ayında azan oxumaq üçün icazə aldılar.

Türkcədən çevirən: Ramil Qəhrəmanov