23 yaşlı Buşra ABŞ-da seçkilərdə qalib gəlib

23 yaşlı Buşra ABŞ-da seçkilərdə qalib gəlib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
ABŞ-da 23 yaşlı müsəlman xanım təhsil orqanlarında dövlət vəzifəsini tutur. İllinoys ştatının Skoki şəhərinin sakini Buşra Amivala seçkidə qalib gələrək şəhərin məktəb şurasında vəzifə tutub.

 “OurQuadCities” xəbər verir ki, ABŞ-da 23 yaşlı müsəlman xanım təhsil orqanlarında dövlət vəzifəsini tutur.

İllinoys ştatının Skoki şəhərinin sakini Buşra Amivala seçkidə qalib gələrək şəhərin məktəb şurasında vəzifə tutub.

Qeyd edək ki, o, əslən Pakistandandır.

Buşra öz siyasi karyerasına hələ 19 yaşında – Kuk dairəsinin komissarlar şurasına namizədliyini irəli sürməklə başlayıb. Müsəlman xanımın seçkilərdə iştirakı bütün yerli mətbuatın gündəmində olub. O zaman o, qalib gəlməsə də, bir neçə il sonra dövlət vəzifəsinə nail ola bilib.

Buşra bildirib ki, onun bu fəaliyyətlərindən sonra çoxlu insanlar onu özünə numunə götürərək siyasi arenada nəticələr əldə ediblər. /shafagna