2021-ci il Beynəlxalq Qüds günü üçün şüar seçilib

2021-ci il Beynəlxalq Qüds günü üçün şüar seçilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
Beynəlxalq Qüds günü üçün “Qüdsün azadlığı yaxındır” şüarı  seçilib. Bunu  İran İslami Təbliğat Şurasının  koordinasiya mərkəzinin sədr müavini  Nüsrətullah Lütfi deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə Beynəlxalq Qüds günü üçün  fars, ərəb, ingilis dillərində aşağıdakı haştaqlar seçilib:
#quds_is_closer
#قدس_شریف_نزدیکیم
#القدس_اقرب
“Ramazan ayının son cümə günü Ali Rəhbər Ayətullah Xamenei İslam ümməti ilə bir başa canlı  danışacaq. Bu canlı çıxış  televiziya, radio və sosial şəbəkələr vastiəsilə canlı yayımlanacaq”.
Qeyd edək ki, 1982-ci ildə İmam Xomeyninin (r.ə) təşəbbüsü ilə Mübarək Ramazan ayının son cümə günü Qüds Günü elan olundu.
Beynəlxalq Qüds günündə dünyanın müxtəlif ölkələrində müsəlmanlar, torpaqları işğal olunmuş və zülmə məruz qalmış Fələstin xalqına dəstək çıxaraq dolayısı ilə dünyada baş verən işğalçı siyasətə öz etirazlarını bildirirlər.
Bu il Beynəlalq Qüds günü may ayının  7-nə  təsadüf edir.
iqna.ir