2 ay öncə GMO donuz ürəyi transplantasiyasını keçirtmiş 57 yaşlı şəxs vəfat edib (VİDEO)

2 ay öncə GMO donuz ürəyi transplantasiyasını keçirtmiş 57 yaşlı şəxs vəfat edib (VİDEO)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

    2 ay bunan öncə ABŞ-ın Merilend ştatının 57 yaşlı sakini David Bennett-ə GMO (genetik modifikasiya edilmiş orqanizmdonuz ürəyi transplantasiya edilmişdi. İndi isə məlum olub ki, 8 mart tarixində David Bennett Merilend Universitetinin tibbi mərkəzində vəfat edib. Qeyd etmək lazımdır ki, David Bennett GMO donuz ürəyi transplantasiyası prosesindən keçmiş ilk şəxs olub. Sözügedən əməliyyat 7 yanvar tarixində reallaşdırılmışdı. O bu addımı atmasaydı həyatını itirəcəkdi. Ona adi insan ürəyinin transplantasiyası mümkün deyildi. Bu cəhd edilsəydi də o, həyatını itirəcəkdi. Əməliyyatın reallaşdırılmasından sonra onun oğlu jurnalistlərə müsahibəsində bildirmişdi ki, əməliyyat sonrası 100%-lik uğurun əldə ediləcəyinə zəmanət yoxdur. Lakin buna baxmayaraq həkimlər bu işin öhdəsindən yüksək professionallıqla gəlmişdilər.

    GMO donuz ürəyi sayəsində 2 ay yaşamaq da tibb sahəsi üçün inqilabi haldır. Belə ki, bu məsələ ilə bağlı daha əvvəlki cəhdlərin hamısı uğursuz olub. Məsələ burasındadır ki, əvvəlki təcrübələrdə iştirak etmiş xəstələrin orqanizmləri heyvan ürəyini ani olaraq rədd ediblər. Bu dəfə həkimlər genləri redaktə edilmiş donuz ürəyindən istifadə ediblər. Bu proses çərçivəsində onlar donuz ürəyini təkmilləşdiriblər. Belə ki, onlar orqandan donuz genlərini çıxardıblar və ona insan genlərini əlavə ediblər. Bu ona görə edilib ki, orqanizm ani olaraq orqanı rədd etməsin və ona uyğunlaşa bilsin. Transplantasiya edilmiş donuz ürəyi ilkin mərhələlərdə normal fəaliyyət göstərirdi.

Həkimlər tədricən məlumat verirdilər ki, Bennett yavaş-yavaş sağalma prosesindədir. Qeyd etmək lazımdır ki, 1984-cü ildə Kaliforniyadan olmuş Stephanie Fae adlı körpəyə babuin ürəyi transplantasiya edilmişdi və körpə həmin ürək ilə 21 gün yaşaya bilmişdi. David Bennett isə 2 ay yaşaya bildi. Keçən il ABŞ-da 41.000 transplantasiya əməliyyatı keçirilib və onlardan 3800-ü ürək transplantasiyasını əhatə edib. Bu isə rekord göstəricidir. Bununla belə 106.000-dən çox insan orqan transplantasiyası əməliyyatı növbəsində gözləyir. Hər il lazımi orqanın əldə edilməməsi səbəbilə minlərlə insan öz həyatını itirir. Minlərlə insan isə ümumiyyətlə gözləmə siyahısına əlavə edilmir. Belə ki, onların vəziyyətləri uzunmüddətli perspektiv kimi qiymətləndirilir.