16 yaşlı həvəskar astronom 50.000 fotodan istifadə edərək Ayın yüksək detallı təsvirini yaradıb

16 yaşlı həvəskar astronom 50.000 fotodan istifadə edərək Ayın yüksək detallı təsvirini yaradıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

  Hindistandan olan 16 yaşlı həvəskar astronom Ayın yüksək detallı xəritəsini yarada bilib. Bunun üçün o, 50.000 fotonu emal edib. Emal edilmiş fotoların ümumi həcmi isə 186 GB təşkil edib. Prathamesh Jaju adlı 16 yaşlı Hindistanlı yeniyetmə Ayın çəkilişini ZWO ASI120MC-S adlı rəngli kamera ilə reallaşdırıb. Sözügedən büdcəli kamera 1.2 MP-lik kadrları çəkməyə imkan verir. Həvəskar astronomlar üçün nəzərdə tutulmuş bu kamera 1500 və 3000 mm fokus məsafəsində foto çəkməyi bacarır. Üstəlik gənc hindistanlı astronom Celestron 5 adlı teleskopdan da istifadə edib.

16 yaşlı həvəskar astronom 50.000 fotodan istifadə edərək Ayın yüksək detallı təsvirini yaradıb

Onun səyləri nəticəsində ortalığa çox gözəl iş çıxıb. Əldə olunmuş fotonun ilkin versiyası 50 MP keyfiyyətində olub. Buna görə də həmin fotoya smartfonlarda rahatlıqla baxmaq üçün onun ölçüsünü kiçiltmək lazım gəlib. Əldə olunmuş fotolarda Ayın 1/4 hissəsi adlı son mərhələsini görmək olar. Bu mərhələ bütöv Aydan 1 həftə sonra baş tutur. Həmin vaxtda Yer kürəsinin peykinin yalnız yarı hissəsi işıqlı görünür. Beləliklə bu fotolar Ay səthi barəsində təsvirləri təqdim edirlər. Fotolarda həmçinin Ay səthində olan kraterləri də görmək mümkündür. Bununla belə fotonun ölçüsünün kiçilməsindən sonra da o, detallı şəkildə qalıb.

16 yaşlı həvəskar astronom 50.000 fotodan istifadə edərək Ayın yüksək detallı təsvirini yaradıb

technote.az