100 NƏFƏR SEÇKİN QURAN KURSU TƏLƏBƏLƏRİ ARASINDA YARIŞ KEÇİRİLİB

100 NƏFƏR SEÇKİN QURAN KURSU TƏLƏBƏLƏRİ ARASINDA YARIŞ KEÇİRİLİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
Tbilisi şəhərində Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qızlar arasında 5-ci Qurani-Kərimin üzündən düzgün və sərbəst oxunuşu üzrə yarışlar təşkil olunub.
Keçirilən yarışlarda ölkənin müxtəlif yerlərindən ümumumilikdə 100 şagird 29 və 30 cüzlərdən hakimlər qarşısında püşkatma ilə düşən səhifəni oxuyaraq özlərini sınayıblar.
“Əhli-beyt” məscidində keçirilən yarış məscidin axundu Hacı Rahid Kərimovun Quran tilavəti ilə açıq edan edilib. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov öncə şagirdlərə uğurlar diləyib, bu müqəddəs Qurani-Kərimin təlim və tədrisi sahəsində zəhmət çəkən ustadlarına minnətdarlığını bildirib. O, Belə yarışların və Quran oxumağın əhəmiyyəti və dəyərləri haqqında danışıb. Sonra müsaqbiqə haqqında məlumat verərək yarışlarda uğurla çıxış edib fərqlənən şagirdlərin (qaliblərin) Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən fəxri fərman və pul mükafatları ilə qiymətləndiriləcəyini bildirib.
Qeyd edək ki, ümumilikdə yarış üçün 5000 lari məbləğində pul 60 nəfərə (13 şagird və 13 ustadına) mükafat olaraq nəzərdə tutulub.
Yarışın təşkilinə zəhəməti keçənlərə, hakimlərə və xüsusi ilə də şagirdlərin ustadlarına təşəkkür edir, Allahdan əcr və mükafat diləyirik.