1 İLLİK FƏALİYYƏTİNİ BAŞA VURAN “ZƏHRA ANA” YARDIMLAŞMA FONDU XEYİRSEVƏRLİYİ İLƏ TANINIR

1 İLLİK FƏALİYYƏTİNİ BAŞA VURAN “ZƏHRA ANA” YARDIMLAŞMA FONDU XEYİRSEVƏRLİYİ İLƏ TANINIR

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstanda fəaliyyət göstərən “Zəhra Ana” Yardımlaşma Fondu artıq 1 ildir ki, xeyriyyə işlərini davam etdirir. Oxuinfo-ya verilən məlumata görə bir qrup inanclı xanımların təşəbbüsü ilə təşkil olunan bu fonda 200 nəfərə yaxın könüllü yardımsevər vətəndaşlarımız (ayda azı 5-10 lari olmaqla) daimi yardım köçürür. Bu günə qədər ümumilikdə 30 min  laridən çox xeyriyyə işləri həyata keçirmişlər.

Bu sözləri Fondun illik hesabatını təqdim edərkən Fondun rəhbəri Laləzar İbrahimova söyləyib.

O bildirib ki, məhz toplanan ianələr hesabına fond yarandığı gündən bir sıra xeyriyyə işləri həyata keçirib: Onlarla kimsəsizlərə, tək yaşayan yaşlı insanlara və hədsiz yoxsul ailələrə ümumilikdə 500 ərzaq paketi təqdim edib. 50 Nəfərə yaxın imkansız xəstənin müalicəsinə və ya dərmanlarının alınmasına kömək edib. 30 aztəmnatlı ailələrin uşaqlarını paltar, məktəb çantaları və dərs ləvazimatları ilə təmin edib. Evləri olmayan və ya qəza vəziyyətində olan 6 ailənin evlərinin müəyyən təmir işlərinə yardım əli uzadıb və 10 yoxsul ailənin evlərinin isitməsinə yardımçı olub. Fond yeni ildə, Qurban və Ramazan bayramında da yoxsul ailə və uşaqları hədiyyələrlə sevindirir.

Zəhra Ana Fondunun rəhbəri yardım edənlərə və bu yolda zəhməti keçən hər bir kəsə dərin minnətdarlığını bildirir, Allahdan özləri və ailələri üçün cansağlığı və bol ruzi diləyir.